• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Qarabağ"ın oyununun biletləri satışda

İDMAN

13 Dekabr 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın oyununun biletləri satışda

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, biletlər bu gün saat 13:00-dan etibarən satışdadır. Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də "Azersun Arena”nın kassasında satılacaq. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Xatırladaq ki, dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı 17:30-da start götürəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026