• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

"Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi

İDMAN

13 Dekabr 2025 | 18:52 | Müəllif: Subhan Mahmudov

"Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi

"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.

Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026