• Bakı 15° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

AFFA Premyer Liqanın 5 klubunu cərimələyib

İDMAN

13 Noyabr 2025 | 14:02

AFFA Premyer Liqanın 5 klubunu cərimələyib

Misli Premyer Liqasında çıxış edən 5 klub cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

XI turun "Qəbələ" – "Sumqayıt" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "gənclik şəhəri" təmsilçisi 700 manat ziyana düşüb. "Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.

"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.


SON XƏBƏRLƏR