Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo DÇ-2026-nın seçmə mərhələsində Ermənistanla keçirəcəkləri son oyunu buraxacaq.
Bakıvaxtı.az xəbər verir ki, İrlandiya ilə səfər oyununda 2:0 hesabı ilə uduzan Portuqaliya matç zamanı Ronaldonun qırmızı vərəqə alması ilə üz-üzə qalıb.
Qərara əsasən, ulduz futbolçu növbəti mərhələdə Ermənistanla oyunda iştirak etməyəcək.
Qeyd edək ki, turnir cədvəlində Portuqaliya 10 xalla lider, Macarıstan 8 xalla ikinci, İrlandiya 7 xalla üçüncü, Ermənistan isə 3 xalla sonuncu pillədə qərarlaşıb.
Əli Hüseynov
Bakı 



