• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 Salah üçüncü pilləyə yüksəldi

İDMAN

14 Dekabr 2025 | 09:21 | Müəllif: Əli Hüseynov

Salah üçüncü pilləyə yüksəldi

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixində məhsuldar ötürmələrin sayına görə üçüncü pilləyə yüksəlib.

Bakıvaxtı.az Championat.ru-ya istinadən xəbər verir ki, İPL-in 16-cı turunda "Brayton"la keçirilən oyunda misirli futbolçu 26-cı dəqiqədə meydana daxil olub, 60-cı dəqiqədə isə hücumçu Uqo Ekitikeyə məhsuldar ötürmə edib. Görüş "qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Salah Premyer Liqada məhsuldar ötürmələrinin sayını 280-ə çatdırıb. Bu göstərici ilə o, Frenk Lempardı (279) geridə qoyub. Ondan irəlidə yalnız Ueyn Runi (311) və Alan Şirer (324) yer alır.

Cari mövsümdə misirli futbolçu "Liverpul"un heyətində bütün turnirlərdə 20 matç keçirib, bu oyunlarda beş qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR