• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

ABL: Bu gün IX tura yekun vurulacaq

İDMAN

14 Dekabr 2025 | 09:29

ABL: Bu gün IX tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, turun son günündə bir qarşılaşma keçiriləcək.

"Abşeron Lions" "Neftçi"ni qəbul edəcək. A qrupunun matçı "Sərhədçi" İdman Mərkəzində, saat 16:00-da başlayacaq.

"Abşeron Lions" hazırda 15 xalla qrup ikincisidir. 9 xala malik "Neftçi" 4-cü yerdədir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" "Sərhədçi"ni (90:74), "Ordu" "Sumqayıt"ı (106:86), NTD isə "Şəki"ni (93:79) məğlub edib.


SON XƏBƏRLƏR

13 Dekabr 2025