• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Avropanın aparıcı klubları Almaniya millisinin müdafiəçisi ilə maraqlanır

İDMAN

15 Oktyabr 2025 | 14:31

Avropanın aparıcı klubları Almaniya millisinin müdafiəçisi ilə maraqlanır

Avropanın aparıcı klubları Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən futbolçu Niko Şlotterbeklə maraqlanır.

Bakıvaxtı.az "Goal.com"a istinadən xəbər verir ki, Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və İspaniyanın "Real" klubları 25 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Dortmund təmsilçisi Almaniya millisinin üzvünə 2030-cu ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edib. Lakin oyunçu bütün variantları nəzərdən keçirmək niyyətindədir və bu səbəbdən tələsmir.

Qeyd edək ki, Niko Şlotterbekin "Borussiya" ilə hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.


SON XƏBƏRLƏR