G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, yeni anti-Rusiya sanksiyalar paketinin mətni üzərində işin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, ABŞ daha əvvəl G7 müttəfiqlərinə Çin və Hindistanın Rusiya neftinin alışına 100% tariflər tətbiq etmək və prezident Vladimir Putini Ukrayna ilə danışıqlar masasına oturtmaq üçün digər tədbirlər görmək üçün təzyiq göstərib.
Mina Mikayılova