• Bakı 18° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Maduro: MKİ-nin dəstəklədiyi çevrilişlərə və rejim dəyişikliyinə yox

DÜNYA

16 Oktyabr 2025 | 11:34

Maduro: MKİ-nin dəstəklədiyi çevrilişlərə və rejim dəyişikliyinə yox

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın MKİ-yə “narkotiklərlə mübarizə” adı altında Venesuela ərazisində əməliyyat keçirməyə icazə verməsinə sərt reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, o, Trampın bu addımını “MKİ-nin dəstəklədiyi çevrilişlərin davamı” adlandıraraq “rejim dəyişikliyinə yox” mesajı verib.

Maduro çıxışında MKİ-nin keçmişdə Çili, Argentina və digər Latın Amerikası ölkələrindəki çevrilişlərdə iştirakını xatırladıb.

ABŞ isə son aylarda Venesuela sahillərinə döyüş gəmiləri göndərərək narkotik əməliyyatlarını genişləndirib.

Karakas bu addımları “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

15 Oktyabr 2025