• Bakı 11° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Pentaqonun yeni mətbuat qaydalarına etiraz edən jurnalistlər binanı tərk edir

DÜNYA

16 Oktyabr 2025 | 12:33

Pentaqonun yeni mətbuat qaydalarına etiraz edən jurnalistlər binanı tərk edir

Pentaqonun yeni mətbuat qaydalarını qəbul etməyən jurnalistlər departament binasındakı ofislərini tərk etməyə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, yeni qaydalar media nümayəndələrinin binaya girişinə məhdudiyyətlər və yayımlanacaq xəbərlərə nəzarət tələbləri nəzərdə tutur.

“The New York Times”, “CNN”, “Reuters” və digər nüfuzlu media qurumları bu qaydaları mətbuat azadlığının pozulması kimi qiymətləndirib.

Müdafiə naziri Pit Heqset qaydaların jurnalistlərə qarşı deyil, təhlükəsizlik məqsədilə hazırlandığını iddia edib.

ABŞ prezidenti Donald Tramp isə yeni qaydaları dəstəkləyərək, mətbuatı “vicdansızlıqda” ittiham edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025