Böyük Britaniya hökumət üzvləri baş nazir Kir Starmeri xarici səfərlərinin həddindən artıq çox olması səbəbindən tənqid ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilib ki, Starmerə xarici ölkələrə səfərləri məhdudlaşdırmaq tövsiyə olunub. Məqalədə qeyd olunub ki, o, vəzifə başında olmuş bütün baş nazirlərdən daha çox hava yolu ilə səyahət edir və bunun fonunda onun reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Nəşrin əldə etdiyi məlumata görə, Britaniyanın xarici işlər naziri Devid Lemmi də Baş nazirə şəxsi söhbətdə daha az səfərə çıxmağı və ölkə daxilindəki problemlərə fokuslanmağı tövsiyə edib.
Qəzet yazır ki, Starmer ötən həftə artıq 40-cı xarici səfərini edib və Milad bayramına qədər daha 6 səfər planlaşdırılıb. Britaniya siyasi dairələrində isə zarafatla bildirirlər ki, “Baş nazir demək olar ki, heç vaxt ölkədə olmur”.
Bakı 



