Kiyevdəki Azərbaycan səfirliyinə dəyən ziyanın video görüntüləri onun Ukrayna Silahlı Qüvvələrinin "Patriot" zenit raketi ilə vurulduğunu göstərir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, belə bir iddia ilə hərbi mənbənin çıxış etdiyi deyilir.
"Əgər "İsgəndər" raketi ilə vurulsaydı, krater videodakından dəfələrlə böyük və dərin olardı, səfirlik kompleksi üçün nəticələr əhəmiyyətli dağıntılar olardı. Əgər "İsgəndər" döyüş başlığı havada partlasaydı, ziyan geniş yayılardı və təkcə səfirlik binalarına deyil, həm də şəhərdəki bütün ətraf binalara təsir edərdi.
Bu, Kiyev rejiminin şəhər daxilində yerləşən Ukrayna hava hücumundan müdafiə heyətlərinin qeyri-peşəkar hərəkətlərini Rusiyanın mülki infrastruktura hücumlarının nəticəsi kimi gizlətməyə cəhd etdiyi ilk hal deyil", - deyə mənbə bildirib.
Bakı 



