• Bakı 10° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi - Saxlanıldı

DÜNYA

14 Noyabr 2025 | 23:43

Nəsli kəsilən heyvanın buynuzunu Bakıya gətirmək istədi - Saxlanıldı

Tolmaçevo hava limanının gömrükçüləri Novosibirskdən Bakıya uçan sərnişinin baqajında 2,6 kq-dan çox çəkiyə malik maral buynuzu aşkar ediblər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs təsadüfi gömrük yoxlaması üçün “yaşıl” dəhlizdə saxlanılıb.

Sonradan aparılan ekspertiza təsdiq edib ki, bunlar nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES-ə) daxil olan qırmızı maralın buynuzlarıdır.

Sərnişin izah edib ki, buynuzları Altay dağlarında istirahət edərkən hədiyyə alıb. O, baytarlıq sertifikatının və icazələrin olması, eləcə də belə malların məcburi bəyan edilməsindən xəbərsiz olduğunu bildirib.

Məsələ ilə bağlı Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 16.3 (qadağa və məhdudiyyətlərə əməl etməmə) 16.2.1-ci maddələri ilə (malların bəyan edilməməsi) ilə iş açılıb.

Qanunu pozan şəxsi cərimə və malların müsadirəsi gözləyir./Qafqazinfo


SON XƏBƏRLƏR

14 Noyabr 2025