İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbər şəxslərindən biri, Bəsic Müqavimət Qüvvələrinin sabiq komandanı, briqada generalı Əlireza Əfşar ölüb.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, o ürək tutmasından ölüb.
Qeyd edək ki, Əlireza Əfşar 1980-1988-ci illərdə İran-İraq müharibəsinda SEPAH komandirlərindən biri olub.
O həm də, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirən tələbələr sırasında olub.