• Bakı 17° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verdi

DÜNYA

16 Oktyabr 2025 | 13:15

Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verdi

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Tbilisiyə səfərindən narahatlıq ifadə edib.

    Bakıvaxtı.az xəbər verir ki, XİN ATƏT katibliyinə və təşkilatın iştirakçı dövlətlərinə etiraz notası ünvanlayıb.

    Notada bildirilib ki, E.Valtonen Gürcüstana rəsmi səfər proqramı ilə yanaşı hökumət əleyhinə olan fəalların kiçik bir qrupunun təşkil etdiyi küçə aksiyasına qatılaraq Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi olan bəyanatla çıxış edib.


    SON XƏBƏRLƏR