• Bakı 18° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

"Pautina" əməliyyatının arxasında Britaniya kəşfiyyatı dayanıb - Bortnikov

DÜNYA

16 Oktyabr 2025 | 10:27

Pautina əməliyyatının arxasında Britaniya kəşfiyyatı dayanıb - Bortnikov

Ukrayna Təhlükəsizlik Xidmətinin "Pautina" (Hörümçək toru) əməliyyatının arxasında Britaniya kəşfiyyatı dayanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

    Onun sözlərinə görə, Britaniya kəşfiyyatının birbaşa nəzarəti altında Ukrayna Təhlükəsizlik Xidmətinin “Pautina” əməliyyatı Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda danışıqlardan bir qədər əvvəl (bu il iyunun 2-də) həyata keçirilib.

    Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyun ayında Ukraynanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı həyata keçirdiyini açıqlayıb.

    Ukrayna tərəfi həmin vaxt Rusiya hərbi aviasiyasının 40-dan çox təyyarə itirdiyini açıqlayıb.


    SON XƏBƏRLƏR

    15 Oktyabr 2025