• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Payızdan qabaq mövsümü xəstəlikləri gəldi

CƏMİYYƏT

16 Sentyabr 2025 | 14:32

Payızdan qabaq mövsümü xəstəlikləri gəldi

Son günlər havaların kəskin dəyişməsi, soyuması müşahidə olunur. Yayın son günlərində payız havasını yaşayırıq. Havanın dəyişməsi bir çox mövsümi infeksiyaları da aktivləşdirib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, payız fəslində müşahidə olunan infeksiyalar əsasən yuxarı tənəffüs yolları və mədə-bağırsaq sisteminin zədələnməsi ilə müşayiət olunur.

Təyyar Eyvazov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionis

T.Eyvazovun sözlərinə görə, bu dövrdə daha çox kəskin respirator virus infeksiyaları, adenoviruslar, enteroviruslar, eləcə də roto- və norovirus kimi bağırsaq infeksiyaları yayılır.

İnfeksionist əlavə edib ki, sözügedən infeksiyalar əsasən hava-damcı, təmas və bəzi hallarda alimentar yəni su və qida vasitəsilə yoluxur:

“Onların fəsillə bağlılığı da danılmazdır. Hər il payız aylarında bu kimi hallar təkrarlanır”.

Müsahibimiz bu infeksiyalardan qorunmağın əsas yolunun respirator gigiyena qaydalarına və əllərin düzgün yuyulmasına diqqət yetirmək olduğunu vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR