• Bakı 11° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama

CƏMİYYƏT

16 Oktyabr 2025 | 12:40

Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama

Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.

Bakıvaxtı.az teleqraf.az-a istinadən xəbər verir ki, TƏBİB-dən Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmadığı bildirilib. 

Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur. 


SON XƏBƏRLƏR

07 Dekabr 2025