• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Vüqar Məhəmmədov 10 kq marixuana ilə tutuldu 

CƏMİYYƏT

15 Noyabr 2025 | 10:21 | Müəllif: Zeynəb Rzayeva

Vüqar Məhəmmədov 10 kq marixuana ilə tutuldu

Suraxanıda əməliyyat keçirilib, üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.

    Ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Noyabr 2026