• Bakı 16° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Yasamalda güllələnən şəxslərin SON DURUMU

CƏMİYYƏT

16 Oktyabr 2025 | 11:50

Yasamalda güllələnən şəxslərin SON DURUMU

Bakının Yasamal rayonunda oktyabrın 16-sı səhər saatlarında silahlı insidentdə yaralananlardan birinin vəziyyəti stabil, digərininki isə orta ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-sı saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü iki nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, ilkin məlumata əsasən, silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev yaralanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, istintaq başladılıb.


SON XƏBƏRLƏR

15 Oktyabr 2025