• Bakı 16° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib

 

 

CƏMİYYƏT

15 Noyabr 2025 | 09:42

Naxçıvanda tanınmış rəssam və heykəltəraş vəfat edib  

Naxçıvan Dövlət Universitetinin, İncəsənət fakültəsinin "Təsviri incəsənət" kafedrasının müəllimi Elman Məhərrəm oğlu Cəfərov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd edək ki, E.Cəfərov 1951-ci il iyulun 5-də Naxçıvan şəhərində anadan olub. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınıb.

Elman Cəfərovun müəllifi olduğu "Babək"in atlı heykəli, "Dədə Qorqud" heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çox sayda rəngkarlıq əsəri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur. Əsərləri Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası, Hüseyn Cavidin Ev Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.


SON XƏBƏRLƏR

14 Noyabr 2025