• Bakı 12° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Vuçiç: Ukrayna münaqişəsi ən azı 6 ay davam edəcək

DÜNYA

16 Sentyabr 2025 | 15:57

Vuçiç: Ukrayna münaqişəsi ən azı 6 ay davam edəcək

Rusiyaya qarşı sanksiyalar Ukraynadakı vəziyyətin nizamlanmasına kömək etmir.

Bakıvaxtı.az Yaponiyanın "Nikkei" qəzetinə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

O, hesab edir ki, Avropanın Rusiyaya qarşı sanksiyaları Ukraynadakı vəziyyətin həllinə kömək etmir.

"Sanksiyalar problemi həll etməyəcək. Ukraynadakı münaqişə ən azı daha 6 ay davam edəcək. Cəbhədəki vəziyyət ya hər iki tərəf üçün çıxılmaz vəziyyətə düşəcək və daha sonra Rusiya və Ukrayna kompromis axtarmalı olacaq, ya da tərəflərdən biri üstünlük əldə etdiyi üçün qarşı tərəf ciddi güzəştə getməli olacaq", - deyə Vuçiç qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

08 Noyabr 2025