Sentyabrın 16-da Qazaxıstanda qız qaçırmanı və zorla nikahı qadağan edən yeni qanunlar qüvvəyə minib.
Bakıvaxtı.az xəbər verir ki, qız qaçırma və məcburi nikahla bağlı əməllər cinayət məsuliyyətinə cəlb olunacaq. Təqsirləndirilən şəxsi on ilə qədər həbs gözləyəcək.
Bundan başqa, stalkinq - fiziki zorakılıq tətbiq edilmədən, lakin psixoloji zərər vuran obsesif təqib (zənglər, müşahidə, mesajlar, internetdə nəzarət) də cinayət əməli hesab olunacaq. Məsuliyyət, həmçinin, bank hesablarının satışı və qeyri-qanuni ödənişlər və köçürmələrə görə də nəzərdə tutulub.
Bu düzəlişlərin vətəndaşların zorakılıq və kibercinayətkarlıqdan müdafiəsini gücləndirəcəyi gözlənilir.