• Bakı 11° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Rusiya Ukrayna SQ-nin təlim poliqonuna raket zərbəsi endirib 

DÜNYA

16 Oktyabr 2025 | 16:34

Rusiya Ukrayna SQ-nin təlim poliqonuna raket zərbəsi endirib 

Rusiya ordusu "İskəndər-M" operativ-taktiki raket kompleksi ilə Ukrayna Quru Qoşunlarının arxa cəbhədə yerləşən bir təlim bölməsinə iki ballistik raketlə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

    Bildirilir ki, zərbə nəticəsində əvvəlcədən verilmiş hava həyəcan siqnalı, şəxsi heyətin sığınacaqlara köçürülməsi və digər təhlükəsizlik tədbirlərinə baxmayaraq, itkilərin qarşısını tam almaq mümkün olmayıb.

    Hazırda hadisə yerində aidiyyəti üzrə təcili yardım və fövqəladə xidmətlər işləyir.


    SON XƏBƏRLƏR

    06 Dekabr 2025