• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fidan Rubio ilə müzakirə apardı

DÜNYA

16 Oktyabr 2025 | 18:26 | Müəllif: Subhan Mahmudov

Fidan Rubio ilə müzakirə apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Qəzzada atəşkəsin qorunması və bölgəyə humanitar yardımın fasiləsiz çatdırılması üçün atılacaq addımlar müzakirə edilib.

Həmçinin, Şarm əş-Şeyxdə imzalanmış Niyyət Bəyannaməsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Bundan başqa, Suriyadakı proseslər, İranın nüvə proqramı ilə bağlı danışıqlara dair məsələlər, Rusiya ilə Ukrayna arasında müharibənin gedişi ilə bağlı da fikir mübadiləsi aparılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026