Yalnız Rusiya bütün nüvə enerjisi zəncirində təcrübəyə malikdir.
Bakıvaxtı.az "Rossiya 24" telekanalına istinadən xəbər verir ki, bunu "Rusiya Enerji Həftəsi" (REW) beynəlxalq forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı vurğulayıb ki, hazırda Rusiyadan başqa heç kim kiçik atom elektrik stansiyaları (AES) tikmir.
"Xaricdə tikinti aparmaqla biz təkcə obyektlər tikmirik, həm də tərəfdaşlarımızla birlikdə enerji sektorunun və əlaqəli sənayelərin gələcəyini yaradırıq", - Rusiya lideri bildirib.
Qeyd edək ki, Rusiya Enerji Həftəsi (REW) Beynəlxalq Forumu müasir yanacaq-energetika sektorunun inkişaf tendensiyalarının müzakirəsi üçün əsas beynəlxalq platformalardan biridir. Tədbir ənənəvi olaraq ən böyük enerji şirkətlərinin rəhbərlərini bir araya gətirir. Forumda 80 ölkədən alimlər, ekspertlər və jurnalistlər iştirak edirlər.
Gülşən Şərif
Bakı 



