• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Fransada 500 min nəfərlik kütləvi etirazlar gözlənilir

DÜNYA

16 Sentyabr 2025 | 21:52 | Müəllif: Subhan Mahmudov

Fransada 500 min nəfərlik kütləvi etirazlar gözlənilir

Fransa yeni kütləvi etiraz aksiyasına hazırlaşır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, sentyabrın 18-də ölkə üzrə genişmiqyaslı tətillər və nümayişlər keçiriləcək.

Aksiyalarda 350 mindən 500 minədək insanın iştirakı gözlənilir. Bu, ötən həftə keçirilən “Hər şeyi bloklayaq” aksiyasından iki dəfə çoxdur.

Tətil səbəbindən nəqliyyat sistemində ciddi çətinliklər gözlənilir.

Hökumət aksiyada qarşıdurma olacağından narahatdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026