• Bakı 19° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Bakıda 160 ədəd elektrik avtobusu xəttə buraxılacaq

CƏMİYYƏT

16 Sentyabr 2025 | 19:44

Bakıda 160 ədəd elektrik avtobusu xəttə buraxılacaq

Bakıda daha 160 ədəd elektrik mühərrikli marşrut avtobusu xəttə buraxılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, həmçinin avtobuslar üçün şarj aparatları da sifariş ediləcək.

Məlumata əsasən, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işlərə yekun vurub və sifariş ediləcək şirkəti müəyyənləşdirib.

MMC avtobus və şarj aparatlarını Çinin "BYD Company Limited" (BYD) şirkətindən alacaq. Belə ki, MMC və Çin şirkəti arasında bununla bağlı müqavilə bağlanılıb və şirkətə 87 milyon manat ödənilib.


SON XƏBƏRLƏR