• Bakı 15° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

"Mehdiyevizm"in bütün sahələrdəki kökləri qazılmasa... - Zaur Bayramlı yazır

CƏMİYYƏT

16 Oktyabr 2025 | 19:10

Mehdiyevizmin bütün sahələrdəki kökləri qazılmasa... - Zaur Bayramlı yazır

Tək Ramiz Mehdiyevin zərərsizləşdirilməsi ilə məsələnin kökündən həll olunmadığını hər halda bu prosesi başlatmağa qərar verən siyasi iradə, dövlət ağlı məndən daha yaxşı bilir.

Mən sadəcə sadə bir vətəndaş olaraq vicdani rahatlıq baxımından xatırlatmaq görəvimi yerinə yetirmək istədim:

Ramiz Mehdiyev hətta fiziki olaraq məhv edilsə belə, 200 illik "Mehdiyevizm" var gücü ilə iş başında olacaq - necə ki, Fetullah Gülen ölsə belə FETÖ Türkiyədə Fetullahın öz ifadəsi ilə desək, "devletin kılcal (kapilyar) damarlarına çökmüş" vəziyyətdə iş başındadır.

Şərti olaraq Mehdiyevizm adlandırdığımız antimilli, antidövlət cərəyanının,
- Bürokratiyadakı;
- Ordudakı;
- Hüquq-mühafizə orqanlarındakı;
- Məhkəmə-hüquq sistemindəki;
- Təhsildəki;
- Mədəniyyət və İncəsənət sahəsindəki;
- Mediadakı;
- QHT sektorundakı və bütövlükdə Vətəndaş Cəmiyyəti sahəsindəki;
- Siyasətdəki (bura həm iqtidar partiyası olan YAP, həm özlərini iqtidaryönümlü olaraq göstərməyə çalışan bəzi partiyalar və bəzi müxalif partiyalar aiddir);
- Sosial mediadakı;.
- Diaspordakı 
və digər sahələrdəki qolları zərərsizləşdirilməli, kökündən qazılaraq atılmalıdır. 

Düzdür, bu çox çətin və ağrılı proses olacaq, amma inanıram ki, yuxarıda da qeyd etdiyim kimi, bu prosesin başlanmasına qərar verən siyasi iradə və dövlət ağlı bu işin sonuna qədər gedərək, öhdəsindən gələcək. 

Yoxsa, qazandığımız tarixi qələbənin önəmi və gətirmiş olduğu mənəvi-siyasi dividentlər əbədiyaşar olmayacaq!


SON XƏBƏRLƏR