• Bakı 15° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Aİ-Gürcüstan soyuqluğu: Qərb Tbilisinin Kremlə yaxınlaşmasını sinirə bilmir

CƏMİYYƏT

16 Oktyabr 2025 | 16:57

Aİ-Gürcüstan soyuqluğu: Qərb Tbilisinin Kremlə yaxınlaşmasını sinirə bilmir

Xəbər verdiyimiz kimi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən bildirilib.

Vurğulanıb ki, buna səbəb Valtonenin iki gün əvvəl Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Gürcüstan hökumətinin bu addımının xoş qarşılamaması normaldır.

Onun spzlərinə görə, ATƏT sədri Gürcüstana rəsmi səfər edirsə, ilk növbədə hakimiyyət nümayəndələri ilə təmasda olmalıdır:

"Əlbəttə, seçkilər təzə başa çatıb deyə, Qərb institutlarının rəhbərləri müxalifət liderləri, media, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşə bilər. Bu, normal haldır. Amma birbaşa hökumətə yönəlik etiraz aksiyasında, mitinqdə iştirak qəbuledilməzdir. Bu, həm də ATƏT-in tərəfsizliyini şübhə altına alır. Faktiki olaraq bu məsələdə ATƏT neytral mövqedən çıxış edə bilməz. Çünki artıq Gürcüstanda tərəfini seçib. O baxımdan rəsmi Tbilisinin narazılığı başadüşüləndir".

Turab Rzayev, politoloq

Analitik əlavə edib ki, Avropa İttifaqının, Qərb institutlarının Gürcüstanda "Gürcü Arzusu" hökuməti ilə münasibətləri yaxşı deyil:

"Avropa dövlətləri Gürcüstanın Qərbdən uzaqlaşmasını, Rusiya ilə yaxınlaşma siyasətini qəbul etmirlər. Buna görə Gürcüstana sanksiyalar tətbiq olunur, viza rejiminin ləğvi müzakirə edilir. Yəni soyuqluğun olduğu bəllidir. Amma bunu birbaşa etiraz aksiyasına dəstək verməklə nümayiş etdirmək konkret tərəf seçmək və münasibətlərin kəskinləşməsi deməkdir".

Aydın Baxış


SON XƏBƏRLƏR