Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır
Bakıvaxtı.az məlumatına görə, cinayət işinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nigar İmanovanın sədrlik edəcəyi iclaslarda araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası oktyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, DTX tərəfindən Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.