• Bakı 15° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Sabirabadda 17 yaşlı qız 35 yaşlı kişiyə ƏRƏ VERİLİR - Polis toyun qarşısını ALDI

CƏMİYYƏT

16 Oktyabr 2025 | 20:43 | Müəllif: Qalib İbrahimoğlu

Sabirabadda 17 yaşlı qız 35 yaşlı kişiyə ƏRƏ VERİLİR - Polis toyun qarşısını ALDI

Azərbaycanda daha bir erkən nikaha cəhd olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunda qeydə alınıb.

Belə ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı O.M. adlı şəxs Türkədi kəndində yaşayan 17 yaşlı qız ilə evlənir.

Hətta dünən qız toyunun baş tutduğu deyilir. Oğlan toyunun isə oktyabrın 23-ü olacağı bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində şadlıq saraylarının birində nikah yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı polisə daxil olan məlumat üzrə araşdırma aparılıb.

Qeyd olunub ki, hər iki tərəfin valideynləri aidiyyəti üzrə polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılmışdır:

"Oktyabrın 18-də keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb, qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026