• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

SİYASƏT

16 Oktyabr 2025 | 15:50

İlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

    Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

    Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

    Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulanıb, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edilib, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

    Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edilib.

    Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.


    İlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLARİlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLARİlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLARİlham Əliyev Fransanın səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026