• Bakı 17° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Mark Rutte: 17 ölkə ABŞ-dən Ukrayna üçün silah alacaq

SİYASƏT

16 Oktyabr 2025 | 12:56

Mark Rutte: 17 ölkə ABŞ-dən Ukrayna üçün silah alacaq

NATO-nun əsas prioriteti Ukraynanın özünü müdafiə və döyüş qabiliyyətini gücləndirməkdir.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən NATO-nun baş katibi Mark Rutte deyib.

NATO rəhbəri ABŞ-nin PURL təşəbbüsü çərçivəsində Ukraynaya hərbi texnika və sursatın tədarükünü Avropa maliyyələşdirməsi ilə bərpa etməsindən məmnunluğunu ifadə edib. O, bildirib ki, gün ərzində bu təşəbbüsə qoşulan ölkələrin sayı üç dəfə artıb.

"Bizim məqsədimiz Ukraynanın mübarizə aparmaq və mümkün qədər güclü dayanmaq imkanlarını dəstəkləməkdir,” – deyə Rutte bildirib.

Xatırladaq ki, NATO-nun 32 üzv dövləti var. 15 oktyabrda keçirilən “Ramştayn formatı” iclasından əvvəl mediada məlumat yayılmışdı ki, PURL təşəbbüsünə daha yeddi yeni ölkə qoşulacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Oktyabr 2025