• Bakı 14° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Qubada ayı hücumu olub, xəsarət alan var

CƏMİYYƏT

16 Oktyabr 2025 | 20:10

Qubada ayı hücumu olub, xəsarət alan var

Qubada ayı təsərrüfata hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib.

Belə ki, rayonun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov heyvanların saxlandığı təsərrüfatda olan zaman ayı oraya hücum edib.

Nəticədə A.İsgəndərov ayağından və bədənindən yaralanıb. Onu ayının pəncəsindən yaxınlıqda olan insanlar xilas ediblər. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, son vaxtlar Qubada ayıların təsərrüfatlara hücum hadisələri artıb.


SON XƏBƏRLƏR