• Bakı 15° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Klub prezidenti buna görə baş məşqçini danladı

İDMAN

16 Oktyabr 2025 | 18:11

Klub prezidenti buna görə baş məşqçini danladı

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyi tərəfindən danlanıb.

Bakıvaxtı.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Şamaxı" ilə Premyer Liqanın 7-ci tur matçından sonra etdiyi hərəkətdir.

Belə ki, doğma meydanda "Şamaxı"ya 0:1 hesabı ilə uduzan "qara-qırmızılar"ın çalışdırıcını yerli azarkeşlər istefaya səsləyib. O isə bu çağırışla razılaşmayıb, fanatlarla kəskin mübahisə edib.

Əcnəbi mütəxzəssisin yerli publikaya sərt reaksiyası klub prezidenti Fariz Nəcəfovun xoşuna gəlməyib.

Prezident Sxadadze ilə görüşərək, ona ciddi irad bildirib. Həmçinin xəbərdarlıq eləyib ki, analoji hal bir daha təkrarlanarsa, barəsində sərt tədbir görəcək.

Qeyd edək ki, I Liqanın çempionu kimi Premyer Liqaya qayıtmış əyalət təmsilçisi ilk 7 həftədə cəmi 4 xal toplayıb. Beş məğlubiyyətlə üzləşmiş qəbələlilər hazırda turnir cədvəlinin 11-ci - sondan əvvəlki pilləsində qərarlaşıb.


SON XƏBƏRLƏR