• Bakı 16° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Futbolçu 99 il müddətinə diskvalifikasiya olundu

İDMAN

15 Noyabr 2025 | 09:47

Futbolçu 99 il müddətinə diskvalifikasiya olundu

İsrail çempionatının üçüncü divizionunda çıxış edən “İermiyagu Xolon” gənclər komandasının 17 yaşlı futbolçusu 99 il müddətinə diskvalifikasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, cəzanın səbəbi onun rəqib futbolçunu paltardəyişmə otağında döyməsi olub. Hadisənin videogörüntüsü internetdə geniş yayılıb. Klub insidenti təsdiqləyib və futbolçunun komandadan uzaqlaşdırıldığını açıqlayıb. Lakin bildirib ki, dava guya zərərçəkən oyunçu tərəfindən təhrik olunub.

Klubun bu mövqeyinə baxmayaraq, İsrail Futbol Assosiasiyasının intizam məhkəməsi insident iştirakçısını, adı açıqlanmayan futbolçunu, 2124-cü ilin noyabr ayına qədər futboldan uzaqlaşdırıb və ona 2500 şekel (təxminən 1327 manat) məbləğində cərimə kəsib. Klubun oyunçuları tərəfindən oxşar qayda pozuntuları təkrarlanarsa, komanda növbəti dəfə xal itkisi ilə cəzalandırıla bilər.


SON XƏBƏRLƏR

14 Noyabr 2025