• Bakı 16° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycanlı idmançılar bu gün 4 növdə mübarizə aparacaq - VI İslam Həmrəyliyi Oyunları

İDMAN

15 Noyabr 2025 | 09:49

Azərbaycanlı idmançılar bu gün 4 növdə mübarizə aparacaq - VI İslam Həmrəyliyi Oyunları

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycan idmançıları 4 növdə çıxış edəcəklər.

Ölkə təmsilçilərindən Toğrul Məmmədli dualtlon yarışlarının final mərhələsində mübarizə aparacaq.

Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 39 mükafatla (5 qızıl, 13 gümüş, 21 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR

14 Noyabr 2025