• Bakı C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

İran yığmasının DÇ-də iştirakı arzuolunmazdır - Tramp

DÜNYA

12 Mart 2026 | 21:11

İran yığmasının DÇ-də iştirakı arzuolunmazdır - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran futbol yığmasının Dünya Çempionatında iştirakını arzuolunmaz hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"İranın futbol yığması Dünya Çempionatına dəvət olunub, lakin mən hesab edirəm ki, onların orada iştirakı öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun deyil. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm", - Tramp bildirib.

Qeyd edək ki, İranın İdman Nazirliyi ölkənin 2026-cı il futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini elan edib.

Futbol üzrə dünya çempionatı iyunun 11-dən 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Oyunların əksəriyyəti ABŞ ərazisində olacaq.


SON XƏBƏRLƏR