• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

816 vəzifə müsahibəyə çıxarıldı

CƏMİYYƏT

12 Mart 2026 | 16:14

816 vəzifə müsahibəyə çıxarıldı

Elan üzrə 139 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 816 vəzifə (A növündə 50 vakant, B növündə 766 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 3321 namizədlə 6729 müsahibənin keçirilməsi planlaşdırılır. Xatırladaq k, müsabiqənin müsahibə mərhələsi ilə bağlı elan bu il yanvarın 16-da verilib.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, ən çox namizəd sayı Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sənədlərlə və müraciətlərlə iş sektoru, Sənədlərlə və müraciətlərlə iş sektoru, məsləhətçi (1 vakant yer üzrə 214 namizəd), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclərlə iş şöbəsi, Gənclər evləri ilə iş sektoru aparıcı məsləhətçi (1 vakant yer üzrə 203 namizəd), habelə Gənclər və İdman Nazirliyi, Sənəd dövriyyəsi və vətəndaş müraciətləri şöbəsi, Vətəndaşların müraciətləri ilə iş sektoru, (1 vakant yer üzrə 150 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin aprelin 1-dən sentyabrın 9-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (12 mart 2026-ci ildən - 14 mart 2026-ci il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.


SON XƏBƏRLƏR