• Bakı 18° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

CƏMİYYƏT

11 Aprel 2026 | 13:29

Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M.Abiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, zərərçəkən velosipedini rayon ərazisindəki marketlərin birinin qarşısında saxlayıb. Daha sonra ərazidən keçən M.Abiyev velosipedi oğurlayaraq 800 manata satıb.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 May 2026