• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xəlil Köçərli 100 yaşında vəfat etdi

CƏMİYYƏT

12 Mart 2026 | 17:41

Xəlil Köçərli 100 yaşında vəfat etdi

Tarix elmləri doktoru Xəlil Köçərli 100 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ali və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli paylaşım edib.

“Əmilərimin ən böyüyü, sevimli əmim, tarix elmləri doktoru, professor Xəlil Köçərli dünyasını dəyişdi. Bu il onun 100 yaşı tamam olacaqdı. Uzun və mənalı bir ömür yaşadı, Azərbaycan tarix elminə öz töhfələrini verdi”, - N.Köçərli bildirib.

Qeyd edək ki, Xəlil Köçərli 1925-ci ildə Gədəbəydə anadan olub. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışaraq təxminən 50 il professor kimi fəaliyyət göstərib. Mərhum alim Qarabağ tarixinə dair bir sıra elmi araşdırma və məqalələrin müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026