• Bakı 17° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Rusiya başa düşdü ki, Azərbaycanla əlaqələrin itməsi onun mənafelərinə ciddi ziyan vurur - AÇIQLAMA

SİYASƏT

16 Oktyabr 2025 | 14:31

Rusiya başa düşdü ki, Azərbaycanla əlaqələrin itməsi onun mənafelərinə ciddi ziyan vurur - AÇIQLAMA

“Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarə vurulmazdan əvvəl Rusiya ilə Azərbaycan arasında anlaşma, əməkdaşlıq niyyəti vardı. Bu olaydan sonra isə mediada qarşılıqlı hücumlar başladı. Rusiyada azərbaycanlılara qarşı kobud təqiblər, təzyiqlər həyata keçirildi”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə Russiya-Azərbaycan münasibətlərinin indiki durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin təqiblərdən sonra Azərbaycanda da rus təşkilatlarına qarşı təzyiqlər başladı:

“Bundan sonra belə bir təəssürat yarandı ki, bu iki dövlət artıq əzəli düşməndir. Amma xəyali siyasətlə real siyasəti fərqləndirmək lazımdır. Xəyali siyasətə inanlar elə bilirdilər ki, əlaqələr tam kəsiləcək. Rusiyada da belə düşənənlər vardı. Onlar bəyan edirdilər ki, Rusiya Azərbaycanı diz çökdürəcək, amma anlamırlar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil”.

Müsahibimizə görə, Rusiya artıq başa düşüb ki, Azərbaycanla əlaqələrin itməsi onun geosiyasi və iqtisadi mənafelərinə ciddi ziyan vurur. Azərbaycan da anlayır ki, Rusiya ilə ziddiyyət ona fayda gətirməz:

“Ona görə də hər iki tərəf münasibətləri tənzimləyir”.

Politoloq hesab edir ki, Prezident İlham Əliyevlə həmkarı Vladimir Putinin Düşənbə görüşündən sonra qarşılıqlı ittihamlar, təzyiqlər aradan götürüldü:

“Amma əvvəlki anlaşma və əməkdaşlıq olmayacaq. Əminəm ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşəcək. Rus enerji daşıyıcılarının istehlakına və satışına şərait yaradılacaq”.

Zərdüşt Əlizadə: Azərbaycan da, Rusiya da münasibətləri tənzimləyir

Bununla belə, Əlizadə hesab edir ki, Rusiya təşkilatlarının ölkəmizdə ofis açmaları mümkün olmayacaq, təbliğatlarına geniş imkan yaradılmayacaq:

“Eyni zamanda Rusiya da oradakı Azərbycan diasporunda axtarışları davam etdirəcək. Onların biznesləri əllərindən alınacaq. Bu proses davam edəcək, amma əvvəlki qədər sərt ittihamlar aradan qaldırılacaq”.

Qeyd edək ki, oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. Əliyevlə söhbətində Putin Rusiya səmasında AZAL təyyarəsinin iştirakı ilə baş vermiş faciəyə görə üzr istəməsini xatırladıb. O, İlham Əliyevlə görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib.

Aydın Baxış


SON XƏBƏRLƏR