• Bakı 15° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Pedaqoji Universitetdə açılış oldu - FOTOLAR

CƏMİYYƏT

16 Oktyabr 2025 | 17:38

Pedaqoji Universitetdə açılış oldu - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə ali təhsil ocağının 3 saylı tədris korpusunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində yaradılmış oxu zalının və kitab sərgisinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, müəllimlər və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Cəfər Cəfərov bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, sərgidə universitetin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi kitablar, müstəqillik dövrü, o cümlədən 44 günlük Vətən müharibəsindən bəhs edən materiallar, ADPU -nun dörvi-elmi nəşrləri nümayiş etdirilir. Kiitabxana isə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib.

Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.


SON XƏBƏRLƏR