• Bakı 15° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

CƏMİYYƏT

16 Oktyabr 2025 | 16:49

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi - FOTO

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyaların tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib.

Xüsusilə tibbi təhsil, xəstəxanaların idarə edilməsi, teletibb, farmaseptika, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibbi mərkəzləri və elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Səfir Ronen Krausz öz növbəsində İsrail-Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, səhiyyə sahəsində əməkdaşlığın da bu münasibətlərin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR