"Ermənistan tərəfi nəzərə almalıdır ki, əgər öz Konstitusiyasını dəyişdirməzsə, ərazi iddialarına dair müddəaları çıxarmazsa, yekun sülh müqaviləsi imzalanmayacaq".
Bunu deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, mütləq şəkildə Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir:
"Bir ölkənin Konstitusiyasında həm bizə, həm Türkiyəyə qarşı ərazi iddiaları qalırsa, belə şəraitdə heç bir sülh sənədinin imzalanmasından söhbət gedə bilməz. Azərbaycan bunu dəfələrlə müxtəlif platformalarda Ermənistanın diqqətinə çatdırıb”.
Müsahibimiz hesab edir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın fikirləri daha çox daxili auditoriyaya yönəlib:
“Çünki Ermənistan müxalifəti, revanşistlər, radikallar davamlı olaraq daxili auditoriyaya yönəlik açıqlamalar verir, ictimai rəyi çaşdırırlar. Revanşistlər davamlı olaraq Paşinyan komandasını satqınlıqda, Azərbaycanın göstərişlərini yerinə yetirməkdə ittiham edirlər. Ona görə də İrəvan rəsmiləri bu tipli bəyanatlar səsləndirmək məcburiyyətində qalırlar. Ermənistanda hazırda gərgin proseslər yaşanır. Hökumət erməni ictimaiyyətini sakitləşdirməklə məşğuldur”.
Ceyhun Məmmədov: Ermənistan Konstitusiyasını dəyişdirməsəyekun sülh müqaviləsi imzalanmayacaq
Deputata görə, Paşinyan hökuməti də fərqindədir ki, Konstitusiya dəyişikliyi Azərbaycan üçün prinsipial məsələdir. Onun dediyinə görə, artıq ölkədə bu istiqamətdə işlərə başlanılıb, sadəcə seçki öncəsi cəmiyyətə başqa informasiyalar ötürülür:
“Çox güman ki, Ermənistan hökuməti seçkilərdən sonra Konstitusiya dəyişikliyinə gedəcək".
Aydın Baxış