• Bakı 19° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma BAŞLADI

DÜNYA

16 Sentyabr 2025 | 21:16

İsrail ordusu HƏMAS-ın mövqelərinə genişmiqyaslı hücuma BAŞLADI

İsrailin Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS-ın möhkəmləndirilmiş mövqelərinə genişmiqyaslı zərbə endirdiyini açıqlayıb.

Bu barədə Bakıvaxtı.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

Son gün ərzində 98-ci diviziyanın qoşunları "II Gideonun döyüş arabaları" əməliyyatı çərçivəsində şəhərin mərkəzində quru əməliyyatlarına başlayıb. Qurumun teleqram kanalında qeyd olunub ki, hərbçilər aviasiya və donanmanın dəstəyi ilə əməliyyat aparır.

Bildirilir ki, əməliyyat zamanı onlarla terrorçu infrastruktur obyekti, o cümlədən İsrail hərbçilərinə zərər vurmaq üçün nəzərdə tutulan hərbi obyektlər, müşahidə mövqeləri və minalanmış binalar vurulub.


SON XƏBƏRLƏR