• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

İran və 5 ölkə nüvə obyektlərinə hücumları qadağan edən qətnamə təqdim edib

DÜNYA

16 Sentyabr 2025 | 14:50

İran və 5 ölkə nüvə obyektlərinə hücumları qadağan edən qətnamə təqdim edib

İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 69-cu sessiyasında nüvə obyektlərinə hücumların qadağan edilməsinə dair qətnamə layihəsini təqdim edib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, layihədə bütün ölkələrin dinc məqsədlər üçün nüvə enerjisini inkişaf etdirmək, o cümlədən hər hansısa bir hücum təhlükəsinə qarşı effektiv təminat hüququ olduğu bildirilir:

"NPT-nin (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) bütövlüyünü qorumaq üçün İran Çin, Rusiya, Venesuela, Nikaraqua və Belarusla birlikdə "Nüvə obyektlərinə və infrastrukturun əhatə etdiyi bütün növ hücumların və hücum təhdidlərinin qadağan edilməsi haqqında" qətnamə layihəsi təqdim edib".

Gülşən Şərif


SON XƏBƏRLƏR