• Bakı 21° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Mərkəzi Bank 2 kredit ittifaqına icrası məcburi göstəriş verdi

CƏMİYYƏT

16 Sentyabr 2025 | 15:01

Mərkəzi Bank 2 kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Total Finans Kredit ittifaqı” və “İşgüzar-Kredit İttifaqı”na icrası məcburi göstəriş verib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir.

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İşgüzar-Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Total Finans Kredit ittifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.


SON XƏBƏRLƏR