• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

HADİSƏ

16 Sentyabr 2025 | 19:58 | Müəllif: Subhan Mahmudov

Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.

Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026